Azedu.az

ADNSU-da Tələbə Elmi Cəmiyyətinin universitet üzrə yeni sədri seçilib

Universitetlər

8 Oktyabr 2025, 15:32
ADNSU-da Tələbə Elmi Cəmiyyətinin universitet üzrə yeni sədri seçilib

Oktyabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Elmi Cəmiyyətinin (TEC) universitet üzrə sədr seçkisi keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə Seçki Komissiyasının üzvləri – sosial məsələlər üzrə rektorun müşaviri Nəsibə Əmirbəyova, Təhsilalanlarla iş şöbəsinin nümayəndəsi və komissiyanın katibi Aytəm Əsədova, fakültə dekanları, eləcə də bir sıra struktur bölmələrin məsul şəxsləri iştirak ediblər.

Seçkilərdə 16 namizəddən 13-ü iştirak edib. Namizədlər çıxış edərək özləri haqqında məlumat verib, TEC-in gələcək fəaliyyət planlarını və inkişaf istiqamətləri ilə bağlı təkliflərini təqdim ediblər.

Səsvermənin nəticələrinə əsasən, Məhəmməd Sultanlı (BA proqramları) səs çoxluğu ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Tələbə Elmi Cəmiyyətinin yeni sədri seçilib.

Rusiyadan VƏHŞİLİK - Azərbaycanlılar Moskva hava limanında saxlanıldı
Son xəbərlərDaha çox