Qarabağ Universiteti tədris və elmi-tədqiqat fəaliyyətini genişləndirməkdədir. Hazırda universitet yalnız bakalavr pilləsi üzrə fəaliyyət göstərir. Magistratura və doktorantura səviyyəsi isə hələ mövcud deyil.
Maraqlıdır, 2026-2027-ci tədris ili üzrə Qarabağ Universitetində bu təhsil pillələrinin açılması nəzərdə tutulurmu?
Mövzu ilə bağlı AzEdu.az Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.
Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, qaldırılan məsələ ilə bağlı müvafiq qərar qəbul edildikdə ictimaiyyətə məlumat veriləcəkdir.
Qeyd edək ki, bu il Qarabağ Universitetində 2000-dən çox tələbə təhsil alır. İlk dəfə qəbul aparılan ixtisaslar arasında tibb üzrə 70, tibb bacısı və tibb qardaşı ixtisasları üzrə isə 30 tələbə qəbul olunub.