Tədbir çərçivəsində Azad Mirzəcanzadə inkişaf proqramının üçüncü dalğasının məlumat sessiyası (infosessiya) təşkil edilib.
Bu barədə AzEdu.az-a LDU-dan məlumat verilib.
Görüş zamanı iştirakçılara proqramın məqsədi, mərhələləri və gənclərə təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verilib. Proqramın layihə meneceri İradə Zeynalova bildirilib ki, Azad Mirzəcanzadə inkişaf proqramı Azərbaycanın müxtəlif bölgələrindən olan gənclərin liderlik, innovasiya və layihə idarəçiliyi bacarıqlarını inkişaf etdirməyə yönəlmiş bir təşəbbüsdür.
Proqram iştirakçılara öz ideyalarını reallaşdırmaq, sosial və texnoloji layihələr yaratmaq imkanı yaradır. İnfosessiyada Lənkəran Dövlət Universitetinin tələbələri fəal iştirak edib, diskussiya zamanı maraqlı təkliflər irəli sürüblər. Qeyd edək ki, proqramın ikinci dalğasının qalibləri arasında Lənkəran Dövlət Universitetinin tələbələri- Nuray Əliyeva və Ramal Əsgərov da yer alıb.