Azedu.az

UNEC tələbəsi NASA-nın saytında boşluq aşkarladı

Universitetlər

7 Oktyabr 2025, 09:53
UNEC tələbəsi NASA-nın saytında boşluq aşkarladı

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal İqtisadiyyat fakültəsinin “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə tələbəsi Ariz Məhərrəmli NASA-nın rəsmi saytında (landsat.gsfc.nasa.gov) ciddi təhlükəsizlik boşluğu aşkarlayıb.

AzEdu.az xəbər verir ki, Ariz Məhərrəmli “Inspiro Theme” adlı platformada kritik səviyyəli CSRF (Cross-Site Request Forgery) zəifliyini müəyyən edib. Bu boşluq saytın autentifikasiya olunmadan kənar şəxslər tərəfindən idarə olunması və zərərli əlavələrin quraşdırılmasına şərait yarada bilərdi.

Tələbəmiz aşkarladığı boşluq barədə NASA-nın təhlükəsizlik komandasına məlumat verib. A.Məhərrəmlinin məlumatını alan NASA müraciəti qeydə alaraq, tələbəyə təşəkkürünü bildirib. 

Rusiya sərsəmlədi - Bakını Ukraynanın taleyi gözləyir
Son xəbərlərDaha çox