26-28 sentyabr tarixlərində Bakıda keçirilən World Robot Olympiad (WRO) yarışında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İTİF fakültəsinin “Kompüter elmləri” ixtisası üzrə II kurs tələbəsi Məhəmməd Məmmədov uğurlu nəticə əldə edib.
AzEdu.az xəbər verir ki, “Robomission Senior” kateqoriyası üzrə çıxış edən gənc iştirakçı yarışmada yüksək nəticə göstərərək 2-ci yeri tutub.
Bu nailiyyət Azərbaycan gənclərinin texnologiya və robototexnika sahəsində artan potensialının bariz göstəricisi hesab olunur.