Azedu.az

MDU-da “Təkrar emal iqtisadiyyatı və davamlılıq siyasəti” mövzusunda konfrans

Universitetlər

3 Oktyabr 2025, 16:53
MDU-da “Təkrar emal iqtisadiyyatı və davamlılıq siyasəti” mövzusunda konfrans

Oktyabrın 3-də Mingəçevir Dövlət Universitetində (MDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “Təkrar emal iqtisadiyyatı və davamlılıq siyasəti” mövzusunda III Beynəlxalq Elmi Konfransın bölmə iclasları təşkil olunub.

AzEdu.az xəbər verir ki, fiziki və onlayn formatda baş tutan bölmə iclaslarında Azərbaycanla yanaşı, Türkiyənin nüfuzlu ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarından olan alim və tədqiqatçılar, həmçinin MDU əməkdaşları məruzələri ilə iştirak ediblər. 

Sessiyalarda təkrar emal iqtisadiyyatının müasir çağırışları, yaşıl inkişaf modeli, davamlılıq siyasəti, ekoloji təhlükəsizlik və sosial-iqtisadi inkişafda innovativ yanaşmalar mövzularında elmi müzakirələr aparılıb. Məruzəçilər qlobal iqlim dəyişiklikləri fonunda alternativ enerji, tullantıların idarə olunması və dairəvi iqtisadiyyatın tətbiqi imkanları ilə bağlı əldə etdikləri elmi nəticələri bölüşüblər.

Konfransın MDU-nun ev sahibliyi etdiyi bölmə iclaslarında universitetin 26 əməkdaşı məruzələrlə çıxış edərək tədqiqat nəticələrini konfrans iştirakçılarının diqqətinə çatdırıblar. İştirakçılar MDU-da formalaşdırılan elmi mühiti yüksək qiymətləndirərək universitetin beynəlxalq elm məkanına inteqrasiya istiqamətində gördüyü işləri təqdir ediblər.

Bölmə iclaslarından sonra təqdim olunan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, sonda məruzəçilərə iştirak sertifikatları təqdim olunub və xatirə fotoları çəkilib.

Qeyd edək ki, beynəlxalq konfrans 2–3 oktyabr tarixlərində İKSAD İnstitutu (Türkiyə), İqtisadiyyat Nazirliyi yanında İqtisadi Elmi-Tədqiqat İnstitutu (Azərbaycan), Tekirdağ Namık Kemal Universiteti (Türkiyə), İstanbul Gelişim Universitetinin Dayanıqlı Ətraf Mühit və Cəmiyyət Tətbiq və Tədqiqat Mərkəzi (Türkiyə), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. 

ABŞ hərəkətə keçdi - Raketləri Rusiyanı BOMBALAYACAQ
Son xəbərlərDaha çox