Azedu.az

Neçə bakalavr magistratura üzrə təhsil aldığı universiteti seçib? - universitetlərdən CAVAB

Universitetlər

Magistratura

2 Oktyabr 2025, 11:14
Neçə bakalavr magistratura üzrə təhsil aldığı universiteti seçib? - universitetlərdən CAVAB

Bakalavrı bitirən tələbələrin əksəriyyəti magistratura təhsili almaqla özlərini inkişaf etdirmək qərarına gəlirlər. Bəzən tələbə bitirdiyi ali məktəbdə deyil, magistratura təhsil pilləsi üçün digər universitetlərə üz tuturlar.

Maraqlıdır, nə qədər bakalavr magistratura üzrə təhsil aldığı universiteti seçir?

Mövzu ilə bağlı AzEdu.az universitetlərə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilanova bildirib ki, bildirilib ki, 2025/2026-cı tədris ili üzrə ümumilikdə 6 nəfər məzun Azərbaycan Universitetinin magistratura pilləsinə qəbul olub.

Bakı Mühəndislik Universitetinin (BMU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev qeyd edib ki, bu il magistraturaya qəbul olunanların 45-i BMU məzunudur.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev qeyd edib ki, cari ildə Pedaqoji Universitetə magistraturaya qəbulun I turunun nəticələrinə görə 565 nəfər magistrant qəbul olunub:

"Onlardan 233 nəfəri ADPU-nun məzunlarıdır. Başqa sözlə, cari il üçün ilk turdan Pedaqoji Universitetə qəbul olan magistrantların 41,2 faizi ADPU-nun öz məzunlarıdırlar".

Lənkəran Dövlət Universitetinin (LDU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova bildirib ki, bu il magistraturaya 168 nəfər qəbul olub:

"Onlardan 76 nəfəri bakalavriat səviyyəsi üzrə LDU-nun 2025-ci il məzunudur. 8 nəfəri isə LDU-da əvvəlki illərdə məzun olub".

Bakı Slavyan Universitetinin (BSU) KİV-lə əlaqələr şöbəsindən verilən məlumata əsasən, 2025/2026-cı tədris ili üzrə ümumilikdə 28 nəfər məzun Bakı Slavyan Universitetinin magistratura pilləsinə qəbul olunub.

Xəzər Universitetinin Media üzrə rəhbəri Əlövsət Əmirbəyli söyləyib ki, Xəzərin öz məzunlarından 33 nəfər magistraturaya daxil olublar.

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbuat katibi Şahanə Müşviq bildirib ki, bu il fakültələr üzrə 55 tələbə magistratura pilləsində təhsil alır.

PROSES BAŞLADI - Rusiyaya dəhşətli zərbələr endiriləcək
Son xəbərlərDaha çox