Sentyabrın 16-dan 30-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 41 811 vətəndaş müraciəti daxil olub.
AzEdu.az xəbər verir ki, müraciətlərin 26 523-ü çağrı mərkəzləri, 7 174-ü elektron, 1 644-ü isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 6 470 müraciət qeydə alınıb.
Müraciətlər müəllimlərin iş yerinin dəyişdirilməsi, təhsil tələbə krediti, şagird yerdəyişməsi, xarici diplomların tanınması, məktəbəhazırlıq qrupları, məktəbəqədər təhsil və digər məsələlərlə bağlı olub.