Azedu.az

Xarici ölkələrdən bir qrup akademik heyət və tədqiqatçı BMU-nu ziyarət edib

Universitetlər

1 Oktyabr 2025, 16:16
Xarici ölkələrdən bir qrup akademik heyət və tədqiqatçı BMU-nu ziyarət edib

İndoneziya, Misir və Pakistan İslam Respublikasından bir qrup akademik heyət və tədqiqatçı Bakı Mühəndislik Universitetində (BMU) olub.

BMU-dan AzEdu.az-a bildirilib ki, qonaqlarla görüşən BMU-nun rektoru Yaqub Piriyev universitetin maddi- texniki bazası, tədris olunan ixtisaslar, son iki ildə həyata keçirilən mühüm islahatlar barədə qonaqlara ətraflı məlumat verib.Söhbət zamanı BMU-da elmi tədqiqatın artırılmasına yönəlmiş addımlar xüsusi vurğulanıb və beynəlxalq indeksli jurnallarda nəşr olunan məqalə sayının əsaslı şəkildə artdığı qeyd edilib. Həmçinin BMU-nun beynəlxalq tərəfdaşlıqlar vasitəsilə həm elmi, həm də innovativ potensialını daha da gücləndirməyi hədəflədiyi bildirilib. Nümayəndə heyətinin üzvləri öz növbəsində BMU ilə əməkdaşlığa xüsusi önəm verdiklərini, gələcəkdə bu əməkdaşlığın startap layihələri, təcrübə və mübadilə proqramları çərçivəsində əlaqələri daha da möhkəmləndirəcəyinə əminliklərini ifadə ediblər.

Sonra qonaqlarla BMU-nun akademik heyəti arasında aparılan müzakirələrdə əməkdaşlığın mümkün istiqamətləri nəzərdən keçirilib, elm, sənaye və biznes əməkdaşlığını gücləndirmək imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Sonda nümayəndə heyətinin üzvləri universitetin Xarici dillər kafedrasına,auditoriyalar, laboratoriyalar və Texnoparka baş çəkiblər. Yaradılan imkanlarla, eləcə də tələbələrin hazırladığı layihələr və startaplarla yaxından tanış olan qonaqlar onların nəzəri biliklərinin praktiki həllini, texnoloji ideyalarını reallaşdırmaq potensiallarını yüksək qiymətləndiriblər.

Hazırlıqlar başladı - Rusiya NATO ölkələrinə hücum edəcək!
Son xəbərlərDaha çox