Azedu.az

Onlar 600-dən çox balla müəllimliyi SEÇDİLƏR

Universitetlər

Müəllimlər və elm adamları

30 Sentyabr 2025, 14:13
Onlar 600-dən çox balla müəllimliyi SEÇDİLƏR

Son dövrlərdə təhsil sahəsində həyata keçirilən ardıcıl islahatlar və müəllimlik peşəsinin artan nüfuzu abituriyentlərin seçimlərinə də təsir göstərir. Belə ki, qəbul imtahanlarında yüksək bal əldə edən gənclər arasında müəllimlik ixtisasına maraq durmadan artır.

Maraqlıdır, yüksək bal toplayan neçə nəfər müəllimlik ixtisası üzrə təhsil alır?

Mövzu ilə bağlı AzEdu.az Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) sorğu ünvanlayıb.

Sorğumuza universitetdən cavab olaraq bildirilib ki, müəllim hazırlığı üzrə ixtisaslaşmış əsas ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) dərs prosesinin məzmununun zənginləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi, tələbələrin əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarla yetişdirilməsi istiqamətində görülən məqsədli işlər nəticəsində gələcək pedaqoqlar seçim zamanı ənənəvi müəllimlik məktəbi sayılan bu universitetə üz tuturlar:

"Artıq bir neçə ildir ki, qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin ixtisas seçərkən ADPU-ya üstünlük verməsi adi hala çevrilib.2025/2026-cı tədris ili üçün bakalavriat pilləsinə qəbul göstəricilərinə əsasən, 600-dən yuxarı bal toplamış 5 nəfər abituriyent ADPU-da təhsil almağı seçib. Onlardan 4 nəfəri universitetin fakültələrində, 1 nəfəri isə Şəki filialında ali təhsil alır".

Həmin tələbələri təqdim edirik:

Abdullayeva Aytac Sahib qızı - Şəki şəhər 18 saylı tam orta məktəbin məzunudur. Qəbul imtahanlarında 623.4 bal toplayan Aytac elə Şəki filialında, Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasında təhsil alır.

169052

Mehtizadə Nuray Cavid qızı - Bakı şəhəri S. Abbasov adına 117 nömrəli tam orta məktəbin məzunudur. Orta məktəbi fərqlənmə attestatı ilə başa vurub. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında 619 bal toplayaraq ADPU-nun Riyaziyyat müəllimliyi (tədris ingilis dilində) ixtisasına qəbul olunub.

169044

Əhmədli Aysun Elman qızı - Bakı şəhəri F. Bayramov adına 22 nömrəli tam orta məktəbin məzunudur. Orta təhsilini fərqlənmə attestatı ilə başa vurub və qəbul imtahanlarında 607.7 bal toplayaraq ADPU-nun Riyaziyyat müəllimliyi (tədris ingilis dilində) ixtisasını seçib.

169045

Şahbazov Mehti Ramil oğlu - Masallı rayonu M.Qarayev adına Sığınacaq kənd tam orta məktəbinin məzunudur. Qəbul imtahanlarında 604.4 bal toplayan Mehtinin seçimi ADPU-nun Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisası olub.

169046

Əsədzadə Aytən Fariz qızı - İmişli rayonu A. Eminov adına 7 saylı tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Qəbul imtahanlarında 601.5 bal toplayan Aytən təhsilini ADPU-nun Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi ixtisasında davam etdirir.

169047

Ukraynada ƏMƏLİYYAT - Krımda Rusiyaya ağır zərbə
Son xəbərlərDaha çox