Azedu.az

Hər fakültədən bir ulduz: Azərbaycan Universitetinin ilk “Ulduz tələbə”ləri

Universitetlər

30 Sentyabr 2025, 11:49
Hər fakültədən bir ulduz: Azərbaycan Universitetinin ilk “Ulduz tələbə”ləri

Son illərdə beynəlxalq əlaqələrini genişləndirməyə davam edən, dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıqlarını səmərəli şəkildə inkişaf etdirən, tədqiqat sahəsində mühüm yeniliklərə imza atan, nüfuzlu beynəlxalq reytinqlərdə yer almağa və irəliləməyə davam edən Azərbaycan Universiteti tələbələri üçün yaratdığı yeni imkanlar ilə də seçilir.

AzEdu.az xəbər verir ki, universitetin Elmi Şurasının qərarı ilə 2025/2026-cı tədris ilinin payız semestrindən başlayaraq “Ulduz tələbə” adlı yeni layihənin tətbiqinə start verilib. Elmi Şuranın qərarına əsasən “Ulduz tələbə” layihəsi universitetin üzərinə düşən sosial məsuliyyəti dərk edərək və təhsilalanların sosial rifahını yaxşılaşdırmaq siyasətinə uyğun olaraq, tələbələrin tədris prosesinə və ictimai fəaliyyətə olan marağının yüksəldilməsi, xüsusi istedadı ilə fərqlənən tələbələrin seçilməsi və tanıdılması məqsədilə həyata keçirilir. Ulduz tələbələr hər imtahan sessiyası başa çatandan sonra semestrin nəticələrinə uyğun olaraq hər fakültə üzrə 1 nəfər olmaqla rektorun əmri ilə təsdiqlənən və ən az 5 üzvdən ibarət olan Münsiflər Heyəti tərəfindən tələbənin akademik göstəriciləri; elmi fəaliyyəti; sosial və ictimai fəaliyyəti, xüsusi bacarıqları, nümayəndəlik və liderlik keyfiyyətləri; xarici dil və rəqəmsal bacarıqları; intizam və nümunəvi davranışına görə seçilir.

Layihə bakalavriat tələbələrinə şamil olunur. Münsiflər Heyəti ilk “Ulduz tələbə”ləri artıq elan edib. Layihənin ilk ulduz tələbələri Biznes və iqtisadiyyat fakültəsi üzrə Lamiyə Məmmədzadə, Humanitar və sosial elmlər fakültəsi üzrə Aynur Quliyeva, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsi üzrə isə Yunis Bədəlovdur. Lamiyə Məmmədzadə Marketinq ixtisası üzrə IV kurs, Aynur Quliyeva Tərcümə (ingilis dili) ixtisası üzrə III kurs, Yunis Bədəlov isə İnformasiya təhlükəsizliyi ixtisası üzrə IV kurs tələbəsidir. Payız semestrinin ulduz tələbələrinin statusu 5 ay müddətində qüvvədə olacaq və onlar hər ay 100 manat məbləğində təqaüd alacaqlar.

Putin üçün DƏHŞƏTLİ MƏNZƏRƏ - İtkiləri 1 milyonu keçdi, yaralılar isə...
Son xəbərlərDaha çox