Azedu.az

BMU-İNHA İDP tələbəsi Robot Olimpiadasında birinci yeri qazanıb

Universitetlər

29 Sentyabr 2025, 15:14
BMU-İNHA İDP tələbəsi Robot Olimpiadasında birinci yeri qazanıb

Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının (BMU-İNHA İDP) “Elektronika mühəndisliyi” ixtisası üzrə 3-cü kurs tələbəsi Tahirə Bəylərova Dünya Robot Olimpiadasının Azərbaycan üzrə seçim turunda böyük uğura imza atıb.

AzEdu.az xəbər verir ki, Azərbaycan Gənclər və İdman, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) təşkilatçılığı ilə keçirilmiş olimpiadada Tahirə Bəylərova “Future Innovator-Senior” kateqoriyası üzrə yarışan DeepSense komandasının üzvü kimi 1-ci yerin qalibi olub.

Komandanın təqdim etdiyi layihə su elektrik stansiyalarında turbinlərin vaxt keçdikcə yaratdığı texniki nasazlıqların və enerji itkilərinin qarşısını almağa yönəlib. Bu məqsədlə hazırlanan xüsusi sensorlu qurğu turbinlərin vəziyyətini real vaxt rejimində izləyir və məlumatları mütəxəssislərə ötürür. Bu zaman süni intellekt alqoritmləri vasitəsilə analiz aparılır və mümkün nasazlıqlarla bağlı proqnozlar təqdim olunur. Beləliklə, layihə enerji səmərəliliyinin artırılmasına və təhlükəsizliyin təmin olunmasına xidmət edir. 

Olimpiadada yeniyetmə və gənclər 4 kateqoriya - “Robomission”, “Robosports”, “Future innovators”, “Future engineers” üzrə yarışıblar.

Qaliblər sırasında yer alan DeepSense bu ilin 26-28 noyabr tarixlərində Sinqapurda keçiriləcək XXII Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcək.

TƏCİLİ! İrəvanda ara qarışdı - Etirazçılarla polis bir-birinə girdi
Son xəbərlərDaha çox