Azedu.az

ADU-nun əməkdaşlıq etdiyi xarici universitetlər - SİYAHI

Universitetlər

25 Sentyabr 2025, 18:58
ADU-nun əməkdaşlıq etdiyi xarici universitetlər - SİYAHI

Universitetlərin beynəlxalq əməkdaşlıq şəbəkəsi onların yalnız təhsil keyfiyyətini artırmır, həm də tələbələr üçün geniş imkanlar yaradır.

Dünyanın müxtəlif ölkələrində yerləşən nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq, tələbələrə ikili diplom proqramları, təcrübə imkanları, elmi layihələrdə iştirak və qlobal bilik mübadiləsi imkanı təqdim edir.

AzEdu.az əməkdaşlıq etdikləri xarici universitetlərlə bağlı ali təhsil müəssisələrinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq universitetin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Dillər Universiteti hazırda 80-ə yaxın xarici universitetlə aktiv əməkdaşlıq aparır. Bu əməkdaşlığa Türkiyə, Rumıniya, İtaliya, Fransa, Serbiya, Polşa, Xorvatiya, Böyük Britaniya, Rusiya, Macarıstan, ABŞ, Moldova, Azərbaycan, Pakistan, Belarus, İndoneziya, Braziliya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Niderland, Koreya və Qırğızıstan daxildir.

Xüsusilə Türkiyə universitetləri ilə geniş əlaqələr mövcuddur: İstanbul Aydın Universiteti, Atılım Universiteti, Kırıkkale Universiteti, 9 Eylül Universiteti, Düzce Universiteti və Fırat Universiteti. Rumıniyadan Aleksandro Iancuza Universiteti, İtaliyadan Peruca Universitetləri, Serbiyadan Belqrad və Novi Pazar Universitetləri, Polşadan Gdansk Universiteti, Böyük Britaniyadan isə Essex və Portsmouth Universitetləri ilə ikili diplom proqramları həyata keçirilir.

Özbəkistan universitetləri arasında Kokand Universiteti, Buxara Dövlət Universiteti, Nizami adına Daşkənd Pedaqoji Universiteti və Cahan Dillər Universitetini qeyd etmək olar.

Qazaxıstandan Buketov adına Karakanda Universiteti, Alixan Bokeyxan Universiteti və Əhməd Yasəvi Universiteti ilə əməkdaşlıq mövcuddur.

Niderlanddan isə Niderland Biznes Akademiyası ilə əlaqələri vurğulamaq mümkündür.

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox