İqtisadiyyatın dayanıqlı inkişafında ali təhsil müstəsna əhəmiyyət daşıyır. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq ali təhsil müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, yeni məzmun və tədris texnologiyalarının tətbiqi baxımından ötən dövr ərzində bir sıra tədbirlər həyata keçirilib..
AzEdu.az “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” 5ilin hesabatını təqdim edir:
Ali və orta ixtisas təhsili
Nazirlər Kabinetinin qərarlarına əsasən, 14 kollec birləşdirələrək 7 kollec, o cümlədən 3 regional kollec yaradılıb, 6 kollec profillərinə uyğun ali təhsil müəssisələrinin nəzdinə verilib.
Son beş ildə qəbul imtahanlarında 300 baldan çox toplayanların 26,5faiz, 400baldan çox toplayanların sayı 35,1 faiz, 500 baldan çox toplayanların sayı 51,5 faiz, 600 baldan çox toplayanların sayı isə 81,3faiz artıb.
Cari ildə 3127 nəfər abituriyent 600 baldan yuxarı nəticə göstərib ki, bu da 2013-cü ilə nisbətən təxminən 2 dəfə artım deməkdir. Son 5 il ərzində qəbul olunan tələbələrin sayında 20.8 faiz artım olub, bu göstərici cari ildə 41min nəfər təşkil edib.
Ölkə başçısı tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib.
Dövlət Proqramının birinci istiqaməti çərçivəsində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, yeni akademik mühitin yaradılması nəzərdə tutulur.
Proqramın ikinci istiqaməti isə ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməs məqsədi ilə milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsini əhatə edir.
Ali təhsil
2015-ci ildə iki diplom almaq imkanı verən Azərbaycan-Fransız Universiteti (UFAZ) yaradılıb.
2014-cü ildən ali təhsil sahəsində SABAH layihəsinin həyata keçirilməsinə başlanılıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində 39 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir.
Son 2 ildə SABAH qruplarını 1572 məzun bitirib, onların 37 faizi xaricdə magistratura səviyyəsində davam etdirir. Qalan hissəsu isə ixtisasları üzrə əmək fəaliyyətinə başlayıb.
“2007-2015-ci illərdə Azərbaycan gənclərini xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 nəfər dünyanın nüfuzlu universitetlərində təhsil almaq üçün təqaüd qazanıb.
Hazırda ümumillikdə 535 nəfər azərbaycanlı tələbə hökumətlərarası sazişlərə əsasən ayrılmış kvotaya uyğun olaraq müvafiq ölkələrin büdcəsi hesabına təhsil alır.
2017-2018-ci tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə 86 ölkədən olmaqla 6 min nəfərdən çox əcnəbi tələbə təhsil alır,bu isə əvvəlki illə müqayisədə 17 faiz artım deməkdir.