Azedu.az

BMU Şandonq Texnologiya Universiteti ilə əməkdaşlığını genişləndirir

Universitetlər

24 Sentyabr 2025, 16:38
BMU Şandonq Texnologiya Universiteti ilə əməkdaşlığını genişləndirir

Bakı Mühəndislik Universiteti (BMU) ilə Çinin nüfuzlu ali təhsil müəssisələri sırasında öncül mövqedə dayanan, eləcə də beynəlxalq arenada yüksək akademik nüfuza malik olan Şandonq Texnologiya Universiteti arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə onlayn formatda görüş baş tutub.

AzEdu.az xəbər verir ki, BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül görüşün universitetin nümayəndə heyətinin bu il Çinə etdiyi səfər çərçivəsində aparılmış danışıqların davamı olaraq təşkil olunduğunu vurğulayıb. Prorektor əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətindən danışaraq bunun hər iki tərəf üçün müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.      

Şandonq Texnologiya Universitetinin Beynəlxalq Mübadilə və Əməkdaşlıq Bürosunun direktor müavini Dr. Li Na da çıxışında görüşün əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi daşıdığını söyləyib və əməkdaşlığın faydalı cəhətlərini diqqətə çatdırıb.

Görüş zamanı bu ilin iyul ayında Çində iki ali təhsil ocağı arasında anlaşma memorandumunun imzalandığı önə çəkilib və sənəddən irəli gələn məsələlər müzakirə olunub. Tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi, ikili diplom proqramlarının işlənməsi və tətbiqi, BMU-da Çin Mərkəzi, Şandong Texnologiya Universitetində isə Azərbaycan Mərkəzinin yaradılması ətrafında geniş fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, iki universitet arasında əlaqələrin dərinləşdirilməsi təhsil və elmi-tədqiqat sahəsində qarşılıqlı təcrübə mübadiləsinə, tələbə və müəllimlər üçün yeni imkanların yaradılmasına xidmət edəcək.

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox