Azedu.az

LDU hansı xarici universitetlərlə əməkdaşlıq edir? - SORĞU

Universitetlər

24 Sentyabr 2025, 19:23
LDU hansı xarici universitetlərlə əməkdaşlıq edir? - SORĞU

Universitetlərin beynəlxalq əməkdaşlıq şəbəkəsi onların yalnız təhsil keyfiyyətini artırmır, həm də tələbələr üçün geniş imkanlar yaradır.

Dünyanın müxtəlif ölkələrində yerləşən nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq, tələbələrə ikili diplom proqramları, təcrübə imkanları, elmi layihələrdə iştirak və qlobal bilik mübadiləsi imkanı təqdim edir.

AzEdu.az əməkdaşlıq etdikləri xarici universitetlərlə bağlı ali təhsil müəssisələrinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq universitetin mətbuat xidmətindən bildirilib ki, Lənkəran Dövlət Universiteti (LDU) dünya miqyasında bir çox nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Universitetin beynəlxalq tərəfdaşlıq siyahısına Avropa və Asiya qitəsindən olan 40-dan çox tanınmış universitet və elmi-tədqiqat mərkəzi daxildir.

Bu əməkdaşlıqlar çərçivəsində tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar, beynəlxalq konfranslar, seminarlar və layihələr uğurla həyata keçirilir.

LDU-nun əməkdaşlıq etdiyi universitetlər:

1. Olsztyn-də Varmiya və Mazuriya Universiteti (Polşa)
2. Afyon Kocatepe Universiteti (Türkiyə)
3. Leon Universiteti (İspaniya)
4. “Dunărea de Jos” Qalati Universiteti (Rumıniya)
5. Ondokuz Mayıs Universiteti (Türkiyə)
6. Adıyaman Universiteti (Türkiyə)
7. Ege Universiteti (Türkiyə)
8. Kastamonu Universiteti (Türkiyə)
9. Amasya Universiteti (Türkiyə)
10. Tokat Gaziosmanpaşa Universiteti (Türkiyə)
11. Debrecen Universiteti (Macarıstan)
12. Dövlət Biotexnologiya Universiteti (Ukrayna)
13. Xarkov Milli Radioelektronika Universiteti (Ukrayna)
14. Qırğızıstan İqtisadiyyat Universiteti (Qırğızıstan)
15. Atyrau Dövlət Universiteti (Qazaxıstan)
16. Anahuac Universiteti (Meksika)
17. Artvin Çoruh Universiteti (Türkiyə)
18. Ankara Universiteti (Türkiyə)
19. Marmara Universiteti (Türkiyə)
20. Qazi Universiteti (Türkiyə)
21. İstanbul Universiteti (Türkiyə)
22. Qafkaz (Qars) Universiteti (Türkiyə)
23. Alanya Alaaddin Keykubad Universiteti (Türkiyə)
24. Zonguldak Bülent Ecevit Universiteti (Türkiyə)
25. İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (IKSAD), Türkiyə
26. Kapadokya Universiteti (Türkiyə)
27. Moldova Dövlət Universiteti (Moldova)
28. Moldova Texniki Universiteti (Moldova)
29. Səmərqənd Dövlət Universiteti (Özbəkistan)
30. Fərqanə Dövlət Universiteti (Özbəkistan)
31. Andican Dövlət Xarici Dillər İnstitutu (Özbəkistan)
32. Daşkənd Dövlət Aqrar Universiteti (Özbəkistan)
33. Buxara Dövlət Universiteti (Özbəkistan)
34. Səmərqənd İqtisadiyyat və Servis İnstitutu (Özbəkistan)
35. Nəvai Dövlət Dağ-Mədən və Texnologiyalar Universiteti (Özbəkistan)
36. Sinop Universiteti (Türkiyə)
37. Turan Universiteti (Qazaxıstan)
38. Qorqud Ata adına Qızıl Orda Universiteti (Qazaxıstan)
39. Daşkənt Beynəlxalq Maliyyə və Texnologiya Universiteti (TİFT)
40. D.Serikbayev adına Şərqi Qazaxıstan Texniki Universiteti
41. Kastamonu Universiteti (Türkiyə)
42. INTI International Universiteti (Malayziya)
43. Rzeszow Universiteti (Polşa)
44. Milli Qida Texnologiyaları Universiteti (Ukrayna)

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox