2025/2026-cı tədris ilində ali məktəblərə yüksək balla qəbul olunan abituriyentlərin seçdikləri ixtisaslar və universitetlər maraq doğurur.
Bu il ali təhsil müəssisələrinə qəbul olan tələbələr arasında 600-dən çox bal bal toplamış abituriyentlərin sayı nə qədərdir?
Mövzu ilə bağlı AzEdu.az universitetlərə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq Dövlət Gömrük Komitəsinin Akademiyasından (DGKA) bildirilib ki, ötən illə müqayisədə DGKA-da yüksək ballı tələbələrin qəbul sayında artım olub:
"Ötən il 600 baldan yuxarı bal toplayan tələbələrin sayı 39 nəfər, bu il isə 42 nəfər olub. Ümumilikdə, 500-700 arası ballı tələbələrin sayı 97 nəfər olub",-deyə akademiyadan məlumat verilib.