Azedu.az

Məzunlar 34 ildən sonra eyni auditoriyada görüşdülər

Universitetlər

24 Sentyabr 2025, 12:09
Məzunlar 34 ildən sonra eyni auditoriyada görüşdülər

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Aqrar İqtisadiyyat fakültəsinin 1991-ci il məzunları görüş keçiriblər.

AzEdu.az xəbər verir ki, görüşdə çıxış edən Tərbiyə işləri üzrə prorektor Aidə Qasımova məzunları salamlayaraq onların universitet həyatına, fakültənin inkişafına verdiyi töhfələri və aqrar sahədəki fəaliyyətlərini yüksək qiymətləndirib. Eyni zamanda bu kimi tədbirlərin universitetlə məzunlar arasında əlaqələrin möhkəmləndirilməsi, təcrübə və bilik mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Tədbir çərçivəsində məzunlar üçün Aqrar İqtisadiyyat fakültəsində ekskursiya təşkil olunub. Onlar auditoriyalar, laboratoriyalar, müasir tədris otaqları və fakültənin yeni imkanları ilə tanış olublar. Məzunlar universitetdə son illərdə aparılan yeniliklər və tədris şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.

Görüş səmimi mühitdə davam edib, məzunlar öz xatirələrini bölüşüb, tələbəlik illərinin unudulmaz anlarını yada salıblar.

Ukraynadan dağıdıcı hücum - Rusiya alovlar içində
Son xəbərlərDaha çox