Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti (BİSTU) arasında onlayn görüş təşkil edilib.
Universitetdən AzEdu.az-a verilən məlumata görə, görüşdə BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül universitetin fəaliyyəti, beynəlxalq əməkdaşlıq strategiyası, o cümlədən Çinin ali təhsil müəssisələri ilə qurulan səmərəli əlaqələr barədə ətraflı məlumat verib.
Öz növbəsində BİSTU-nun Beynəlxalq əlaqələr departamentinin direktoru və Beynəlxalq Təhsil Kollecinin dekanı professor Li Zhuo təmsil etdiyi universitetlə bağlı təqdimatı diqqətə çatdırıb.
Bu il BMU nümayəndə heyətinin Çin səfəri çərçivəsində bu universitetlə keçirilmiş görüşün davamı olaraq tərəflər arasında gələcək əməkdaşlıq imkanları geniş müzakirə edilib. Bakalavr və magistratura səviyyələri üzrə ikili diplom proqramlarının yaradılması, tələbə-müəllim mübadiləsi və elmi- tədqiqat layihələrinin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, ilkin razılıq əldə olunub.