Azedu.az

ADA hansı xarici universitetlərlə əməkdaşlıq edir? - SORĞU

Universitetlər

23 Sentyabr 2025, 11:35
ADA hansı xarici universitetlərlə əməkdaşlıq edir? - SORĞU

Universitetlərin beynəlxalq əməkdaşlıq şəbəkəsi onların yalnız təhsil keyfiyyətini artırmır, həm də tələbələr üçün geniş imkanlar yaradır.

Dünyanın müxtəlif ölkələrində yerləşən nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq, tələbələrə ikili diplom proqramları, təcrübə imkanları, elmi layihələrdə iştirak və qlobal bilik mübadiləsi imkanı təqdim edir.

AzEdu.az əməkdaşlıq etdikləri xarici universitetlərlə bağlı ali təhsil müəssisələrinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq universitetin mətbuat xidmətindən bildirilib ki, ADA Universiteti dünya üzrə bir çox universitetlərlə əməkdaşlıq edir. Avstriyada IMC Krems of Applied Sciences və Zalsburq Universiteti ilə əməkdaşlıq mövcuddur. Belarusda isə Belarus Dövlət Universiteti və Belarus İstehlakçı Kooperasiyaları Ticarət və İqtisadiyyat Universiteti (BTEU) ilə əlaqələr qurulub. Belçikada EPHEC Universitet Kolleci, Bosniya və Herseqovinada Sarajevo Universiteti ilə əməkdaşlıq edilir.

Braziliyada University of Blumenau və University of São Paulo, Bolqarıstanda "Angel Kanchev" Universiteti, Amerikan Universiteti Bolqarıstan və Varna Azad Universiteti ilə əməkdaşlıq mövcuddur. Kanadada Fields Riyaziyyat Elmi Tədqiqatlar İnstitutu və Waterloo Universiteti ilə, Çində Beijing Normal University-Hong Kong Baptist University United International College, East China Normal University və Çin Sosial Elmlər Akademiyası Universiteti ilə əməkdaşlıq həyata keçirilir. Kolumbiyada Universidad Externado və Caldas Universiteti, Xorvatiyada Split və Zagreb Universitetləri, eləcə də Zagreb İqtisadiyyat və Menecment Məktəbi ilə əlaqələr mövcuddur.

Çexiyada CEVRO İnstitutu, Beynəlxalq və İctimai Əlaqələr Kolleci, Masaryk Universiteti, Praqa İqtisadiyyat və Biznes Universiteti və Maliyyə və İdarəetmə Universiteti ilə əməkdaşlıq edilir. Misirdə Badr Universiteti, Estoniyada Tallinn Texnologiya Universiteti və Tartu Universiteti ilə əlaqələr mövcuddur. Fransada Audencia Biznes Məktəbi, CEFAM Beynəlxalq Biznes Məktəbi, ICD Beynəlxalq Biznes Məktəbi, IESEG Menecment Məktəbi, KEDGE Biznes Məktəbi, Sciences Po Lille və Lille Katolik Universiteti ilə əməkdaşlıq edilir.

Gürcüstanda Caucasus Universiteti, Gürcüstan İctimai Əlaqələr İnstitutu (GIPA), Gürcüstan Texniki Universiteti, İvane Cavaxişvili Tbilisi Dövlət Universiteti və Kutaisi Beynəlxalq Universiteti ilə əməkdaşlıq həyata keçirilir. Almaniyada Bremen Konstruktor Universiteti, Berlin Humboldt Universiteti, Martin Luther Halle-Wittenberg Universiteti və Marburg Philipps Universiteti ilə əlaqələr mövcuddur. Yunanıstanda Patras Universiteti, Peloponez Universiteti və Qərb Attika Universiteti ilə əməkdaşlıq edilir.

Macarıstanda Budapeşt Metropoliten Universiteti, Budapeşt Corvinus Universiteti, Eötvös Lorand Universiteti, Milli İctimai Xidmət Universiteti, Debreçen, Pecs və Segedin Universitetləri ilə əməkdaşlıq mövcuddur. Hindistanda Kurukshetra və Sharda Universitetləri, İsraildə Ruppin Akademik Mərkəz və Tel Aviv Universiteti ilə əlaqələr var. İtaliyada Venesiya Ca’Foscari Universiteti, LUISS Guido Carli, Milano və Torino Politeknikləri, Roma Sapienza Universiteti, Perugia Xarici Universiteti, Bolonya, Perugia, Siena, Trento, Trieste və Verona Universitetləri ilə əməkdaşlıq edilir.

Yaponiya tərəfdən Ritsumeikan Asiya-Sakit Okean Universiteti, Tsukuba Universiteti və Yamanashi Gakuin Universiteti ilə, İordaniyada İordaniya Universiteti ilə əməkdaşlıq mövcuddur. Qazaxıstanda Almatı İdarəetmə Məktəbi, Almatı Güc Mühəndisliyi və Telekommunikasiya Universiteti, Gonayev Akademik Fondu, Beynəlxalq İnformasiya Texnologiyaları Universiteti, Qazaxıstan Dövlət İctimai İdarəetmə Akademiyası, Qazax-Britaniya Texniki Universiteti, KIMEP, L.N. Gumilyov Avrasiya Milli Universiteti, Maksut Narikbayev və Nazarbayev Universitetləri ilə əməkdaşlıq edilir.

Qırğızıstanda Qırğız-Türk Manas Universiteti, Latviyada Riseba Universiteti, Riga Stockholm İqtisadiyyat Məktəbi, Latviya Universiteti və Nəqliyyat və Telekommunikasiya İnstitutu, Livanda Beirut Ərəb Universiteti ilə əməkdaşlıq mövcuddur. Litvada Kaunas Texnologiya Universiteti, Klaipeda Universiteti, Mykolas Romeris Universiteti, Vilnius Universiteti və Vytautas Magnus Universiteti ilə, Malayziyada INTI Beynəlxalq Universiteti və İdarəetmə və Elmlər Universiteti ilə əməkdaşlıq edilir.

Meksikada Puebla Amerika Universiteti (UDLAP), Mərakeşdə Beynəlxalq Rabat Universiteti, Şimali Makedoniyada Beynəlxalq Balkan Universiteti və “Saint Paul the Apostle” İnformasiya Texnologiyaları Universiteti, Pakistanda IQRA Milli Universiteti, Lahore İdarəetmə Elmləri Universiteti (LUMS), Milli Elmlər və Texnologiya Universiteti (NUST) və Punjab Universiteti ilə əməkdaşlıq mövcuddur.

Peruda Tətbiqi Elmlər Peru Universiteti, Polşada Kozminski, Lazarski, Gdansk və Varşava Universitetləri, Portuqaliyada ISCTE Biznes Məktəbi, NOVA Lisbon Universiteti və Leiria Politeknik İnstitutu ilə əməkdaşlıq edilir. Rumıniyada SNSPA və Rumın-Amerika Universitetləri, Rusiyada Innopolis, ITMO, MGIMO, Perm Dövlət və Sankt-Peterburq Dövlət Universitetləri ilə əməkdaşlıq mövcuddur.

Serbiyada Belqrad Universiteti və University Union - Nikola Tesla, Slovakiyada Danubius Universiteti, Cənubi Koreyada Chung Ang, Hankuk Xarici Dillər, Inha, Keimyung, KAIST, Koreya Milli Açıq Universiteti, Soongsil, Elmlər və Texnologiya, Woosong və Yonsei Universitetləri ilə əməkdaşlıq edilir.

İspaniyada Harbour Space, IE və Zaragoza Universitetləri, İsveçrədə Cenevrə Universiteti, Türkmənistanda İnsanitar Elmlər və İnkişaf üzrə Beynəlxalq Universitet ilə əməkdaşlıq mövcuddur. Türkiyədə isə ADA Universiteti Abdullah Gül, Altınbaş, Ankara, Bahçeşehir, Boğaziçi, Doğuş, Hacettepe, Haliç, İbn Haldun, İstanbul Aydın, İstanbul Bilgi, İstanbul Gelişim, Kadir Has, Koç, Marmara, Orta Doğu Texniki, Ondokuz Mayıs, Özyeğin, Sabancı, Sosial Elmlər Universiteti, TED və Yaşar Universitetləri ilə əməkdaşlıq edir.

ABŞ-də American University, Kent State, Michigan State, Oklahoma State, Texas A&M Beynəlxalq, George Washington (yalnız ikili diplom proqramı üçün), Central Florida, Houston, Mary Washington və Tulsa Universitetləri, Ukraynada isə Taras Şevçenko Milli Universiteti Beynəlxalq Əlaqələr İnstitutu, V.N. Karazin Xarkov Milli Universiteti və Yaroslav Mudriy Milli Hüquq Universiteti ilə əməkdaşlıq mövcuddur.

Birləşmiş Krallıqdan Swansea, Essex və Qlazqo Universitetləri, Uruqvaydan Universidad Ort və Özbəkistandan MDIS Təşkənd, Təşkənd İnformasiya Texnologiyaları Universiteti və Dünya İqtisadiyyatı və Diplomatiya Universiteti ilə əməkdaşlıq edilir. Nəhayət, Vyetnamda Jurnalistika və Kommunikasiya Akademiyası ilə əməkdaşlıq mövcuddur.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox