Azedu.az

AzMİU-nun əməkdaşlıq etdiyi xarici universitetlər - SORĞU

Universitetlər

22 Sentyabr 2025, 15:57
AzMİU-nun əməkdaşlıq etdiyi xarici universitetlər - SORĞU

Universitetlərin beynəlxalq əməkdaşlıq şəbəkəsi onların yalnız təhsil keyfiyyətini artırmır, həm də tələbələr üçün geniş imkanlar yaradır.

Dünyanın müxtəlif ölkələrində yerləşən nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq, tələbələrə ikili diplom proqramları, təcrübə imkanları, elmi layihələrdə iştirak və qlobal bilik mübadiləsi imkanı təqdim edir.

AzEdu.az əməkdaşlıq etdikləri xarici universitetlərlə bağlı ali təhsil müəssisələrinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq universitetin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) xarici əməkdaşlığa və beynəlxalq tərəfdaşlığa böyük önəm verən ali təhsil müəssisələrindən biridir. Əsas strateji hədəflərdən biri universiteti beynəlxalq standartlara cavab verən ali təhsil müəssisəsinə çevirməkdir. 

AzMİU-nun təxminən 150-yə yaxın nüfuzlu xarici universitetlə iki tərəfli əməkdaşlığı mövcuddur. Bundan əlavə, bir sıra ali təhsil platformaları çərçivəsində, beynəlxalq konvensiyalar və universitet şəbəkələri çərçivəsində də əməkdaşlıqlar həyata keçirilir.

Xüsusilə Türkiyə universitetləri ilə əməkdaşlıq genişdir. İstanbul Texnik Universiteti, Ankara Universiteti, Orta Doğu Texnik Universiteti, Yıldız Texnik Universiteti, Boğaziçi Universiteti və Hacət Təpə Universiteti ilə ikili diplom müqavilələri mövcuddur. Bundan əlavə, Böyük Britaniyanın Westminster Universiteti və İtaliyanın Politeknik de Milano (Milan Politeknik Universiteti) ilə də ikili diplom proqramları həyata keçirilir. ABŞ-ın nüfuzlu universitetləri ilə əməkdaşlıq da mövcuddur.

Bu müqavilələr sayəsində həm tədris proqramları və standartları beynəlxalq universitetlərin səviyyəsinə uyğunlaşdırılıb, həm də tələbələr üçün böyük imkanlar yaranıb. Belə ki, tələbələr həm AzMİU-nun, həm də əməkdaşlıq olunan nüfuzlu xarici universitetlərin diplomlarını almaqla təhsilini davam etdirə bilirlər.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox