Azedu.az

Dünyanın ən yaxşı biznes məktəbləri açıqlanıb

Universitetlər

22 Sentyabr 2025, 10:37
Dünyanın ən yaxşı biznes məktəbləri açıqlanıb

"Amerikanın nüfuzlu Bloomberg Businessweek jurnalı 2025/26-cı tədris ili üçün dünyanın müxtəlif regionlarını əhatə edən biznes məktəblərinin növbəti reytinqini açıqlayıb. Reytinq siyahısına əsasən, ümumilikdə 102 ali təhsil müəssisəsi daxil edilmiş və onlar müxtəlif göstəricilər üzrə qiymətləndirilib".

Bu sözləri AzEdu.az-a açıqlamasında  iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.

168300Onun sözlərinə görə, qiymətləndirmə prosesində tələbələrin, son dövrdə məzun olmuş şəxslərin, 2016–2019-cu illərin məzunlarının, həmçinin işəgötürən şirkətlərin nümayəndələrinin rəyləri nəzərə alınıb:

"Ümumilikdə 5372 tələbə və yeni məzun, 9143 nəfər əvvəlki məzun və 766 işəgötürən sorğuda iştirak edib. Təhsil müəssisələrinin fəaliyyət göstəriciləri beş əsas meyar üzrə dəyərləndirilib: Məzunların qazancı (əmək haqqı və bonuslar əsasında), tədris keyfiyyəti (kursların müxtəlifliyi, proqramların biznes ehtiyaclarına uyğunluğu, müəllim dəstəyi və s.), şəbəkələşmə (networkinq) (məzunlar və tələbələr arasında əlaqələrin intensivliyi, karyera dəstəyi, məktəbin brend gücü və s.),sahibkarlıq (məzunların biznes qurmaq imkanları və işəgötürənlərin dəyərləndirməsi), inklüzivlik (yalnız ABŞ məktəbləri üçün tətbiq olunmuşdur) və s.

Reytinqə daxil olan məktəblərin əksəriyyəti (70 məktəb) ABŞ-dadır. Lider mövqedə Stenford Ali Biznes Məktəbi qərarlaşmışdır. Məktəb Silikon Vadisi ilə sıx inteqrasiyası, məzunlarının yüksək əmək bazarı göstəriciləri ilə fərqlənir. Təhsil haqqı $86 568, median əmək haqqı isə $185 000 təşkil edir.

Ən yaxşı nəticəni Milan şəhərində yerləşən SDA Bocconi Biznes Məktəbi göstərmişdir. Məktəb məzunlarının illik orta əmək haqqı €112 004, bonus isə €24 703-dür. Lider mövqedə isə Şanxay Maliyyə və İqtisadiyyat Universiteti olub. Təhsil haqqı 288 000 yuan, median əmək haqqı isə 280 000 yuan olaraq qeydə alınmışdır. Monrealdakı Con Molson Biznes Məktəbi ölkə üzrə lider seçilib. Təhsil haqqı 21 768 CAD, məzunların illik orta əmək haqqı 112 500 CAD, bonus isə 20 000 CAD təşkil edib.

Bloomberg Businessweek-in təqdim etdiyi reytinq beynəlxalq biznes məktəblərinin fəaliyyətinin qlobal ölçüdə müqayisəli təhlilinə imkan verir. Bu reytinqlər, həmçinin, müasir biznes təhsilinin əsas meyillərini, regionlar üzrə üstünlükləri və problemləri müəyyənləşdirməklə yanaşı, məzunların əmək bazarında rəqabətqabiliyyətliliyini də əks etdirir".

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox