Qarabağ Universiteti və Qarabağ Tibb Klinikasında 2025-2026-cı tədris ili bu gündən etibarən başlayır.
AzEdu.az-ın məlumatına görə, tələbə sayının çoxluğunu nəzərə alaraq dərslər ikinövbəli şəkildə təşkil olunacaq.
Belə ki, bu il Qarabağ Universitetində 2 000-dən çox tələbə təhsil alacaq. İlk dəfə qəbul aparılan ixtisaslar arasında tibb üzrə 70, tibb bacısı və tibb qardaşı ixtisasları üzrə isə 30 tələbə qəbul olunub.
Qeyd edək ki, Qarabağ Universiteti Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb.