Yeni tədris ili artıq ölkənin bütün orta və ali təhsil müəssisələrində start götürüb.
Qarabağ Universiteti və Qarabağ Universitetinin Klinikasında isə tədris prosesi hələ başlanmayıb.
Qarabağ Universitetinin mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, dərslər sentyabrın 22-də başlayacaq:
"Həmçinin onu da qeyd edək ki, tələbə sayının çoxluğunu nəzərə alaraq dərslər ikinövbəli şəkildə təşkil olunacaq".
Qeyd edək ki, bu il Qarabağ Universitetində 2 000-dən çox tələbə təhsil alacaq. İlk dəfə qəbul aparılan ixtisaslar arasında tibb üzrə 70, tibb bacısı və tibb qardaşı ixtisasları üzrə isə 30 tələbə qəbul olunub.