Azedu.az

Ali təhsildə islahat yaxınlaşır: Qanun layihəsi boşluqları aradan qaldıracaq

Universitetlər

5 Sentyabr 2025, 13:22
Ali təhsildə islahat yaxınlaşır: Qanun layihəsi boşluqları aradan qaldıracaq

Uzun müddətdir ki, Milli Məclisin Elm və təhsil komitəsi tərəfindən “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi aparılır. Hətta Qanunun layihə forması ötən çağırışdan hazırdır. 

Bu addımın atılması ali təhsil sahəsində mövcud boşluqları aradan qaldırmaq üçün nəzərdə tutulub.

Deputat Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasında layihənin prioritet istiqamətlərindən danışıb.

Bildirib ki, ali təhsil sahəsində prosesləri tənzimləyən xüsusi qanuna ciddi ehtiyac var.

"Hazırda bu sahədə xeyli boşluqlar mövcuddur və həmin boşluqları aradan qaldırmaq üçün belə bir qanunun qəbul edilməsi zəruridir".

Qanun nələri özündə ehtiva etməlidir?

"Bu qanun layihəsində doktoranturanın mərhələləri ilə bağlı məsələ, yataqxanalarla bağlı məsələlər, diplomların tanınması və digər vacib məqamlar öz əksini tapmalıdır. Hazırda doktorantura ilə əlaqəli normativ boşluqlar ölkəmizdə ciddi problemlər yaradır və gənclərin elmə marağına, tədqiqatla məşğul olmasına mane olur.

Eyni zamanda, sosial layihələr çərçivəsində yataqxana məsələsi də çox mühüm və nəzərə alınmalı məqamdır. Digər vacib istiqamətlərdən biri distant təhsilin təşkili, xaricdə təhsil və universitetlərin idarə olunma mexanizmləridir. 

Bütün bunlar bu gün təhsil sisteminin qarşısında duran vacib məsələlərdir və onların həlli mütləq şəkildə təmin edilməlidir".

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox