Azedu.az

RFO qalibi olan Naxçıvan məktəblisi müsabiqədənkənar universitetə qəbul olub

Universitetlər

4 Sentyabr 2025, 17:29
RFO qalibi olan Naxçıvan məktəblisi müsabiqədənkənar universitetə qəbul olub

Respublika Fənn Olimpiadasında qalib olan Naxçıvan məktəblisi müsabiqədənkənar ADA Universitetinə qəbul olub.

Bu barədə AzEdu.az-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.


Respublika Fənn Olimpiadasında riyaziyyat fənni üzrə ııı yerin qalibi olan Naxçıvan şəhər Afiyyəddin Cəliov adına 12 nömrəli tam orta məktəbin  məzunu Oruc Heydərov ADA Universitetinin tədrisi ingilis dilində olan kompüter elmləri ixtisasına müsabiqədənkənar qəbul olub. 


Qeyd edək ki, Oruc Heydərov Dövlət İmtahan Mərkəzi tərəfindən XI siniflər üzrə keçirilən buraxılış imtahanında 281,2, qəbul imtahanında isə 384.5  olmaqla ümumilikdə 665.7 bal toplayıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”na əsasən  beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri istənilən (dövlət və özəl) ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul oluna bilirlər.

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox