Azedu.az

MDU ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında müzakirə olub

Universitetlər

4 Sentyabr 2025, 13:04
MDU ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında müzakirə olub

2025-ci il sentyabrın 4-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasını (ASK) ziyarət edib.

AzEdu.az xəbər verir ki, görüş çərçivəsində iqtisadiyyat yönümlü ixtisaslar üzrə peşəkar kadrların hazırlanması istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.Dəyirmi masa formatında baş tutan görüşdə universitet–sənaye əməkdaşlığının genişləndirilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, eləcə də əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli kadrların hazırlanması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


ASK-nın prezidenti Məmməd Musayev ölkənin sosial-iqtisadi inkişafında universitet–sənaye əməkdaşlığının mühüm rol oynadığını diqqətə çatdırıb. Konfederasiya olaraq üzv müəssisələrin inkişafı üçün gənc mütəxəssislərin peşəkar hazırlığının prioritet istiqamətlərdən biri olduğunu vurğulayan M.Musayev əməkdaşlıq müzakirələrinin sahibkarlıq subyektlərinin ehtiyaclarının ödənilməsinə, eyni zamanda gənclərin bilik və bacarıqlarının real istehsalat mühitində möhkəmlənməsinə şərait yaradacağını qeyd edib. O, bu təşəbbüslərin iqtisadiyyat yönümlü ixtisaslar üzrə kadr potensialının daha da güclənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.


Göstərilən diqqət və xoş qarşılamaya görə təşəkkürünü bildirən MDU-nun rektoru Anar Eminov universitetin təhsil proqramlarının daim təkmilləşdirildiyini, əmək bazarının tələblərinə uyğunlaşdırıldığını və sənaye tərəfdaşlıqlarının bu prosesdə mühüm rol oynadığını vurğulayıb. Universitet olaraq qarşıya qoyulmuş əsas hədəflərdən birinin məzunların yalnız nəzəri biliklərə yiyələnməsi ilə kifayətlənməyib, həm də praktiki bacarıqlarla formalaşmış şəkildə əmək bazarına çıxışını təmin etmək olduğunu diqqətə çatdırıb.

Rektor A.Eminov görüş zamanı həmçinin ASK-nı 2025-ci ilin 24 oktyabr tarixində Mingəçevir şəhərində MDU, Azərbaycan–Türkiyə İş adamları Birliyi və "HBN Group"un birgə təşkilatçılığı ilə keçiriləcək Regional Universitet–Sənaye Birliyi Sammitinin tərəfdaşlarından biri olmağa dəvət edib. Bu təklif ASK prezidenti Məmməd Musayev tərəfindən məmnuniyyətlə qəbul edilib.


Qeyd edək ki, görüş çərçivəsində MDU və ASK arasında gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən tələbələrin istehsalat təcrübələrinin təşkili, tədris proqramları və sillabusların təkmilləşdirilməsi, birgə elmi-tədqiqat layihələri və insan kapitalının inkişafına dair təşəbbüslər də müzakirə olunub.

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox