Azedu.az

BMU və “Azercell”in təşkilatçılığı ilə CyberCell Hackathon”una keçiriləcək

Universitetlər

4 Sentyabr 2025, 11:56
BMU və “Azercell”in təşkilatçılığı ilə CyberCell Hackathon”una keçiriləcək

Bakı Mühəndislik Universiteti (BMU) və “Azercell”in birgə təşkilatçılığı ilə tələbələr üçün “CyberCell” adlı hackathon keçiriləcək. Kibertəhlükəsizlik və süni intellekt mövzularını əhatə edəcək yarışma bu ilin 18-19 oktyabr tarixlərində BMU-da təşkil olunacaq.

AzEdu.az xəbər verir ki, “Hackathon”a BMU ilə yanaşı, digər universitetlərin tələbələri də qoşula bilər.Yarışmada iştirak edəcək komandaların tərkibi maksimum 3 nəfərdən ibarət olmalıdır.


Komandalar aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər:  //forms.gle/xiGf7DT5TPAo45Yd9 Qaliblərə pul mükafatları veriləcək (birinci yer-4000 AZN, ikinci yer- 3000 AZN, üçüncü yer -2000 AZN)


Gözlənilən biliklər:


Red Team əməliyyatları haqqında anlayış (hücum simulyasiyası, istismar, səlahiyyətlərin artırılması, şəbəkədaxili hərəkət);

Blue Team əməliyyatları haqqında anlayış (jurnalların izlənməsi, anomaliyaların aşkarlanması, insidentlərin cavablandırılması və azaldılması strategiyaları);


Penetrasiya test metodologiyaları, zəifliklərin qiymətləndirilməsi və təhdidlərin Cyber Kill Chain və ya MITRE ATT"CK kimi çərçivələrlə xəritələndirilməsi ilə tanışlıq;


Jurnalları, insidentləri və təhdid məlumatlarını təhlil edərək hücum nümunələrini müəyyən etmək və müdafiə strategiyalarını simulyasiya etmək bacarığı.

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox