Azedu.az

Tələbələr üçün universitet qaydaları: nələr qadağandır? - SORĞU

Universitetlər

4 Sentyabr 2025, 15:41
Tələbələr üçün universitet qaydaları: nələr qadağandır? - SORĞU

Ali təhsil müəssisələrində tələbələrin davranış və tədris prosesində intizamı təmin etmək üçün müəyyən qaydalar tətbiq olunur.

AzEdu.az universitetlər arasında sorğu keçirərək, müxtəlif ali təhsil müəssisələrində tətbiq olunan nizam-intizam qaydalarını öyrənib.

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) sorğumuza cavab olaraq bildirlib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində davranış qaydaları “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən təşkil edilir. Həmçinin təhsilalanların sağlam, təhlükəsiz və intizamlı təhsil mühitində fəaliyyət göstərməsini təmin etmək məqsədilə universitetin Elmi Şurasının 14 sentyabr 2022-ci il tarixli  iclasının qərarı ilə ADPU-nun daxili nizam-intizam qaydaları qəbul edilmişdir.

Əlavə olaraq qeyd olunub ki, bu qaydalara əsasən tədris prosesini pozan və dərsə mane olan hərəkətlər, universitet ərazisində siqaret, spirtli içki və digər zərərli vasitələrdən istifadə, qeyri-qanuni siyasi və dini təbliğat fəaliyyəti, qeyri-etik davranış və hörmətsizlik, universitet əmlakına zərər vurulması, həmçinin akademik dürüstlük qaydalarının pozulması və digər insan hüquqları və qanunvericiliyə zidd davranışlar qadağan edilir.

"Bu qaydalar tələbələr üçün bərabər imkanların və müsbət təhsil mühitinin qorunmasına yönəlib".

Bakı Avrasiya Universitetindən (BAAU) verilən məlumata görə, Sözügedən məsələ Bakı Avrasiya Universitetinin daxili nizam-intizam qaydaları əsasında tənzimlənir:

"Belə ki, bu qaydalar xüsusilə  birbaşa  tədris prosesinin  təşkil olunması prosesinə, eyni zamanda rəqabətədavamlı tədris mühitinin formalaşmasına və təhsildə  yüksək və peşəkar yanaşmalara  xidmət edir. Daxili nizam-intizam qaydalarında bir çox nizamlayıcı muddalar həmcinin  auditoriyada  dərs prosesini mane olacaq bütun hallara imkan verilmir. Universitet ərazisində spirtli içkilərdən , tütün məhsullarından istifadədən tutmuş universitetin əmlakına   zərər verilməsi qadağan edilir. ÜMUMİYYƏTLƏ Ali təhsil müəssisəsİ olaraq universitetdaxili hörmət və ehtirama əsaslanan etik davranışlar əsas prioritetlərimizdəndir.Duşünüruk ki, bütün bu qaydalar  daha yaxşı təhsil mühitinin yaradılmasına əsas verir".

Azərbaycan Dövlət İqtisad Univeritetindən (UNEC) bildilirib ki, UNEC-in "Təhsilalanların Universitetdaxili İntizam Qaydaları" mövcuddur:

"Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, "Təhsil Haqqında" Qanununa, "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarına", "Təhsil prosesi iştirakçılarının etik standartlar modeli"nə və digər qanunvericilik aktlarına uyğun hazırlanıb. 

Qaydalar bərabərlik, ədalətlilik və humanizm prinsiplərinə əsaslanır və əsas məqsədi təhsilalanlar arasında təlim-tədris intizamını möhkəmləndirmək və onlarda tədris prosesinə şüurlu yanaşmanı formalaşdırmaqdır". Qaydalar UNEC-ə qəbul olan bütün tələbələrin şəxsi elektron kabinetinə göndərilir".

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) bildirilib ki, universitet daxilində tədris Elm və Təhsil Nazirliyinin qəbul etdiyi nizamnamə, eləcə də universitetin daxili nizamnaməsi əsasında təşkil olunur. Tələbələrə qoyulan əsas tələb isə budur ki, dərslərə hazırlıqlı gəlib daha yaxşı oxusunlar.

Mingəçevir Dövlət Universitetindən (MDU) verilən açıqlamaya görə, Mingəçevir Dövlət Universitetində tələbələr üçün spesifik qadağa yoxdur.

Azərbaycan Universitetindən (AU) bildirilib ki, universitetdə tələbələr üçün nizam-intizam qaydaları var.
Bu qaydalar xaricində tələbələr üçün hər hansı qadağa yoxdur.

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox