Ali təhsil müəssisələrində müəllim heyətinin yaş tərkibi universitetlər üzrə fərqlilik göstərir.
30 yaşa qədər müəllimlərin ali təhsil müəssilərindəki payını öyrənmək üçün AzEdu.az universitetlərə sorğu ünvanlayıb.
Bakı Mühəndislik Universitetindən (BMU) bildirilib ki, hazırda 30 yaşa qədər olanlar ümumi professor-müəllim heyətinin 13%-ni təşkil edir. Yeni tədris ilindən bu göstəricinin bir qədər artacağı gözlənilir, çünki yeni işə götürülənlər arasında da 30 yaşa qədər olan şəxslər var.
Azərbaycan Dövlət Universitetindən (ADU) verilən məlumata görə, 126 müəllim 30 yaşa qədərdir və bu, ümumi heyətin 14%-ni təşkil edir.
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) sorğumuza cavab olaraq hazırda universitetdə çalışan 753 nəfər professor-müəllim heyətindən 49 nəfərinin 30 yaşa qədər müəllim olduğunu bildirib. Bu isə bütün müəllimlərin təxminən 6,5%-dir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) bildirilib ki, 15 müəllim 30 yaşa qədərdir və bu bütün müəllimlərin 4,6-5%-ni təşkil edir.