2024-2025-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetinə 90 plan yeri ayrılıb.Həmçinin Türkiyə-Azərbaycan Universitetində təhsil ödənişsiz olub.
Növbəti tədris ilində təhsil ödənişli ola bilər? Universitetdə təxminən neçə tələbə qəbul edilməsi planlaşdırılır?
AzEdu.az bununla bağlı universitetə sorğu ünvanlayıb.
Universitetdən sorğumuza cavab olaraq bildirilib ki, təhsil ödənişsizdir:
"Gələcəkdə bununla bağlı hansısa qərarın qəbul edilib-edilməyəcəyi barədə dəqiq məlumat yalnız zamanla məlum olacaq. 2025/2026-ci tədris ili üzrə tələbə qəbulu planı isə 120 nəfərdir".