Hər il olduğu kimi bu ildə universitetlərdən məzun olan tələbələr arasında akademik uğurları ilə fərqlənən, yüksək nəticələr əldə edib qırmızı diploma layiq görülənlər olub.
Bu il neçə tələbə qırmızı diploma layiq görülüb?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Mingəçevir Dövlət Universitetinə (MDU) sorğu ünvanlayıb.
Universitetdən sorğumuza cavab olaraq bildirilib ki, 2024/2025-ci tədris ilində Mingəçevir Dövlət Universitetində bakalavr səviyyəsində 625 məzun olub:
"Belə ki, onlardan 103 nəfəri, magistratura səviyyəsində isə 96 məzundan 47 nəfəri fərqlənmə (qırmızı) diplomu ilə məzun olub",-deyə universitetdən qeyd edilib.