Azedu.az

Hibrit təhsil dalğası: universitetlər buna hazırdırmı?

Universitetlər

28 Avqust 2025, 17:44
Hibrit təhsil dalğası: universitetlər buna hazırdırmı?

Ali təhsil müəssisələri bir çox hallarda əməliyyat və ya müxtəlif xərclərini azaltmaq üçün dərslərin bir hissəsini məsafədən təşkil edirlər. Sözsüz ki, bunun üçün kifayət qədər texnoloji dəstək də mövcuddur.

AzEdu.az xəbər verir ki, TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov “Xəbərimiz var” verlişində bu məsələ ilə bağlı fikirlərini bölüşüb.

“Hibrid təhsil formasının fərqli modelləri var. Hibrid ondan ibarətdir ki, bu, əsasən ənənəvi təhsil modelidir. Gördüyümüz budur ki, ali təhsil müəssisələri bir çox hallarda əməliyyat və ya müxtəlif xərclərini azaltmaq üçün təhsil prosesinin əhəmiyyətli hissəsini məsafədən təşkil edirlər. Sözsüz ki, bunun üçün kifayət qədər texnoloji dəstək mövcuddur. Lakin çox zaman yalnız imtahan hissəsini məsafədən həyata keçirirlər, bəzən isə imtahan da fərqli məkanda təşkil olunur.

Ona görə də hibrid təhsilin konkret bir formatı yoxdur. Hibridin bir neçə çeşidi var. Bu mənada biz hibrid və ya distant təhsilin birmənalı olaraq pis təhsil forması olduğunu demirik. Sözsüz, düşünürük ki, əgər universitet bu formada təhsili düzgün təşkil edərsə, nəticələr daha ciddi olar.

Amma təəssüflər olsun ki, onların içində də, hətta bəzi reytinqli universitetlərin məsələyə qeyri-ciddi yanaşdığını müşahidə edirik. Ali təhsil müəssisələrinin əsas missiyası layiqli vətəndaş yetişdirməkdir”, - deyə Tural Əhmədov bildirib.

Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır
Son xəbərlərDaha çox