Azedu.az

BMU Texnoparkı “Innovation Lab” sertifikatına layiq görülüb

Universitetlər

27 Avqust 2025, 14:37
BMU Texnoparkı “Innovation Lab” sertifikatına layiq görülüb

Bakı Mühəndislik Universitetinin (BMU) Texnoparkı innovasiya və texnologiya sahəsində, həmçinin gənc tədqiqatçıların və startapların dəstəklənməsi istiqamətindəki uğurlu fəaliyyətinə görə “Innovation Lab” sertifikatına layiq görülüb.

AzEdu.az xəbər verir ki, sertifikat BMU Texnoparkına İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə “Code Academy"nin həyata keçirdiyi “İnnovasiya ekosistemi oyunçularının fərdi və şirkət halında sertifikatlaşdırılması” layihəsi çərçivəsində “Global Innovation Institute (GInI)” tərəfindən təqdim olunub. GInI innovasiya sahəsində peşəkar sertifikatlaşdırma, akkreditasiya və üzvlük xidmətləri göstərən aparıcı beynəlxalq təşkilatdır.


BMU Texnoparkı ölkəmizdə “Innovation Lab” sertifikatını əldə edən ilk qurumdur və bu nüfuzlu sənəd son illər universitetin elmi-tədqiqat və startap ekosisteminin inkişafına verdiyi töhfənin beynəlxalq səviyyədə tanındığını göstərir. Ölkəmizdə ali təhsil müəssisələri arasında fəaliyyətə başlayan ilk texnoparklardan olan BMU = Texnoparkının əsas məqsədləri sırasında tədqiqat, texnoloji innovasiya, sahibkarlıq və innovativ layihələrin dəstəklənməsi yer alır. Bundan başqa, Texnopark son illərdə bir sıra uğurlu startap layihələrinə dəstək verib, müxtəlif innovasiya müsabiqələri və hakatonlar təşkil edərək gənclərin yaradıcılığını stimullaşdırıb.

DİQQƏT: Moskvadakı azərbaycanlıların nəzərinə!
Son xəbərlərDaha çox