Ölkədə qeyri-dövlət (özəl) ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin son statistikası açıqlanıb. Yeni rəqəmlər 2025-ci il üzrə özəl universitetlərə marağın artdığını göstərir. Ən çox qəbul isə bakalavr səviyyəsində baş verib.
AzEdu.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2025-ci ildə qeyri-dövlət ali təhsil müəssisələrinin bakalavr pilləsinə ümumilikdə 7 961 nəfər qəbul olunub. Bu göstərici əvvəlki illərlə müqayisədə artım tendensiyasını göstərir.
Bakalavr pilləsinə qəbul olan tələbələrdən 7382 nəfəri əyani, 579 nəfəri isə qiyabi təhsil formasını seçib.
Magistratura pilləsində isə ümumilikdə 1 307 nəfər qəbul edilib. Onlardan 1307 nəfərin 1 300-dən çoxu əyani, cəmi 7 nəfəri isə qiyabi təhsil formasını üstün tutub. Bu da magistratura səviyyəsində qiyabi təhsilə marağın az olduğunu göstərir.
Bakalavr səviyyəsində 2020-ci ildə 5 433 nəfər qəbul olunmuşdursa, bu rəqəm 2025-ci ildə 7961 nəfərə yüksəlib. Eyni zamanda magistraturaya qəbul 2020-ci ildə cəmi 133 nəfər olduğu halda, 2025-ci ildə bu rəqəm 1 307 nəfərə çatıb.