Bu il Mingəçevir Dövlət Universiteti bakalavriat səviyyəsinə tələbə qəbul göstəricilərində rekord nəticə əldə edib.
AzEdu.az xəbər verir ki, 2025/2026-cı tədris ilində MDU-ya qəbul olmuş tələbələrin sayı qəbul planının 97 faizini təşkil edib.
II və III ixtisas qrupları üzrə plan yerləri tam olaraq 100 faiz dolub.