Azedu.az

MDU-nun yeni korpus və hoteli tikiləcək 

Universitetlər

22 Avqust 2025, 17:48
MDU-nun yeni korpus və hoteli tikiləcək 

Mingəçevir Dövlət Universitetində (MDU) təhsil infrastrukturunun genişləndirilməsi, yeni ixtisasların açılması və təhsil haqlarında dəyişikliklərlə bağlı mühüm yeniliklər həyata keçirilir. 

AzEdu.az xəbər verir ki, bu barədə universitetin rektoru Anar Eminov “Azərbaycan müəllimi”nə müsahibəsində məlumat verib.

Rektor bildirib ki, hazırda MDU-da yeni tədris korpusunun tikintisi üzrə mərhələli plan icra olunur. İlk mərhələdə mühəndislik, xüsusilə IT profilli ixtisasların həmin binaya köçürülməsi nəzərdə tutulur. Yeni korpus müasir avadanlıqlarla təchiz olunacaq, laboratoriyalar, kompüter otaqları və rəqəmsal platformalar qurulacaq. Bundan əlavə, tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi üçün əlavə imkanlar yaradılacaq.

Turizm ixtisaslarında oxuyan tələbələr üçün də yeni imkanlar açılır. Belə ki, yeni kampusda hotel tikiləcək və onun idarə olunması əməkdaşlıq edilən 5 ulduzlu hotel şirkətləri ilə yanaşı, tələbələrə də həvalə ediləcək.

Rusiyadan Azərbaycan ərazisində ƏMƏLİYYAT
Son xəbərlərDaha çox