“Son günlərdə sosial şəbəkələrdə yaranmış qalmaqallı bir məqama aydınlıq gətirmək istəyirəm. Türkiyə Universitetlərinin attestatla tələbə qəbulunu ləğv etdikləri sadəcə DİM imtahanın nəticəsi ilə qəbul olunduğu qeyd edilir.
Türkiyənin Yüksek Öğretim Kurulunun (YÖK) universitetlərə göndərdiyi maili paylaşaraq buna əsas gətirirlər. Bu yazı universitetlərə hər il göndərilməkdədir”.
Bu sözləri AzEdu.az-a açıqlaması zamanı İstanbul Şehir Üniversitesinin xarici tələbə qəbulu üzrə mütəxəssisi Həsən Əliyev bildirib. Onun sözlərinə görə, 2010-cu ildə Türkiyədə mərkəzləşdirilmiş YÖS imtahanı ləğv olunduqdan sonra bütün universitetlər xarici tələbə qəbulu proseduranı özləri fərdi şəkildə həyata keçirməyə başladı:
“Burada bəzi universitetlər attestatla qəbula digərləri isə müxtəlif beynəlxalq və yerli imtahan nəticələr ilə qəbul həyata keçirməyə başladı. Bu yazı isə YÖK-ün DİM imtahanı ilə qəbul etməsi haqqında olduğu bir tövsiyədir. Bu tipli yazılar hər il tək Azərbaycana deyil bütün ölkələrin yerli imtahanları haqqında yazılı şəkildə universitetlərə göndərilir”.
Həsən Əliyev vurğulayıb ki, bəzi şəxslər isə attestatla və ya imtahansız qəbulun qanunsuz olduğunu qeyd edirlər ona da aydınlıq bildirib:
“Öncə qeyd edim ki, dünyanın heç bir yerində imtahansız qəbul deyilən bir anlayış yoxdur. Bunu tələbə cəlb etmək məqsədi ilə bəzi xaricdə təhsil şirkətlərinin uydurmasıdır. Dünyanın bütün universitetləri xarici tələbə qəbulunda öz yerli tələbələrindən fərqli nəticə ilə qəbul aparır. Məsələn: Azərbaycan vətəndaşları Azərbaycandakı universitetlərə DİM imtahanı olmadan qəbul ola bilmir. Amma xarici vətəndaşları attestat qiymətlərini imtahan nəticəsi olaraq qəbul edir. Ona görə də xarici vətəndaşlar hər bir ölkədə orta məktəb dərslərindən aldıqları qiymətlərə görə qəbul olur. O ki qaldı Türkiyə universitetlərinə biz İstanbul Şəhər Universiteti olaraq azərbaycanlı tələbələri attestatla qəbulunu həyata keçiririk. Lakin DİM imtahanı vermiş tələbələr bizim üçün daha üstün tələbə sayılır.
İstanbul Şəhər Universiteti olaraq bizim qəbul qaydalarımızda heç bir dəyişiklik olmayıb. Yenə öncəki illərdə olduğu qəbulları həyata keçirəcəyik”.