Azedu.az

Qarabağda tibb təhsili alacaq ilk tələbə: “Buradakı həkimlər dünya miqyasında tanınacaq”

Universitetlər

21 Avqust 2025, 16:01
Qarabağda tibb təhsili alacaq ilk tələbə: “Buradakı həkimlər dünya miqyasında tanınacaq”

Mingəçevir şəhər 18 nömrəli tam orta məktəbin məzunu Qarabağ Universitetində oxuyacaq.

Belə ki, qəbul imtahanından 660,6 bal toplayan Yusif Süleymanzadə təhsilini Qarabağ Universitetində davam etdirmək qərarındadır.

O, Qarabağ Universitetinin Klinikasında tibb təhsili alacaq ilk tələbələrdən olacaq.

AzEdu.az bu münasibətlə Yusif Süleymanzadə ilə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.

O, müalicə işi fakültəsi üzrə təhsil almaq istəyir:

“Əvvəllər şahmata böyük marağım olub. Həmçinin Respublika üzrə müxtəlif yarışlarda 1-ci, 2-ci yerin qalibi olmuşam. Bilirsiniz ki, həkimlik ixtisası Naxçıvanda, Bakıda və yeni yaradılan Qarabağ Universitetində də artıq var. Əslində ATU ilə Qarabağ Universiteti arasında qalmışdım. Mən daha sonra Qarabağda yaradılan yeni imkanlara nəzərə alıb o universiteti seçməyə qərar aldım.

Düşünürəm ki, heç bir universitetdə bir abituriyentin qarşısına o qədər yeni imkanlar qoyulmayıb. Ən azından mən belə fikirləşirəm. Bütün bu öhdəliklər həmin ali məktəbi seçməyimə zəmin yaratdı.

Universitetə rəhbərlik edən şəxslər çox savadlı insanlardır. Ona görə də düşünürəm ki, çox qısa bir müddətdə universitet nəinki Azərbaycan, hətta xarici ölkəyə də səs salmış olacaq.

Hesab edirəm ki, Qarabağ Universitetinin yetişdirəcəyi həkim tələbələr dünya miqyasında tanınmış, savadlı və peşəkar olacaqlar. Bir şagirdin gələcəkdə şəxsiyyət kimi formalaşmasında birinci təlim-tərbiyədirsə, ikincisi keyfiyyətli təhsilinin olmasıdır.

Bacardığım qədər universitetin adını sözün yaxşı mənasında təmsil etməyə çalışacağam. Həmçinin universitetin adının ilk sözü axı hər birimizə doğmadır. Bu söz Azərbaycan tarixində bir anlam daşıyır. Ona görə də adı hər bir yerdə uca tutmaq lazımdır".

Valideynlərim seçimi özümə həvalə etmişdilər:

"Xankəndiyə ilk dəfə səfər edib Qarabağ Universiteti ilə tanış oldum. Hətta klinikanın özündə də olmuşam. Əraziyə daxil olduğum andan etibarən təbii ki, bütün şəhidlərimiz göz önünə gəlir. Allah birinə rəhmət eləsin. İlk dəfə səfər etmiş bir vətəndaş kimi deyə bilərəm ki, həqiqətən də Qarabağ möhtəşəm idi.

Bizim nəsildə demək olar ki, hamısı həkimdir. Mən də özümü yalnız həkimlikdən başqa sənətdə görmədiyim üçün bu sahə üzrə təhsilimi davam etdirəcəyəm".

Rusiyadan Azərbaycan ərazisində ƏMƏLİYYAT
Son xəbərlərDaha çox