Azedu.az

BMU məzunu təhsilini Qlazqo Universitetində davam etdirəcək

Universitetlər

15 Avqust 2025, 16:37
BMU məzunu təhsilini Qlazqo Universitetində davam etdirəcək

Bakı Mühəndislik Universitetinin (BMU) “İnformasiya texnologiyaları” ixtisasının (ingilis bölməsi) 2025-ci il üzrə məzunu Valeh Məmmədli “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”, həmçinin Azərbaycan və Macarıstan arasında həyata keçirilən Hökumətlərarası Təqaüd Proqramının (HTP) qalibi olub.

AzEdu.az xəbər verir ki, BMU məzunu Böyük Britaniyanın Bristol, Qlazqo, Şeffield Sausempton, Lids , Litva Respublikasının Kaunas Texnologiya və Macarıstanın Eotvos Lorand, həmçinin Debrecen universitetlərindən qəbul alıb.

Valeh Məmmədli magistrura səviyyəsi üzrə təhsilini Qlazqo Universitetində “Data elmləri” ixtisası üzrə davam etdirmək qərarı verib.

BMU-ya 609 balla qəbul olan və universiteti yüksək göstəricilərlə bitirən Valeh Məmmədli beynəlxalq təhsil mühitində bilik və bacarıqlarını daha da inkişaf etdirərək ölkəmizin inkişafına töhfə verməyi hədəfləyib.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox