Azedu.az

Qarabağ Universitetinin Klinikasında çalışan professor-müəllim heyətinin sayı AÇIQLANDI

Universitetlər

15 Avqust 2025, 15:22
Qarabağ Universitetinin Klinikasında çalışan professor-müəllim heyətinin sayı AÇIQLANDI

Təhsil və səhiyyənin kəsişdiyi nöqtədə bu ildən etibarən yeni bir mərhələ başlayır. Qarabağ Universiteti ötən ildən tələbə qəbuluna start versə də, bu il universitetin nəzdində yaradılan klinika ilk dəfə tələbələrinə qapılarını açmağa hazırlaşır.

Maraqlısı odur ki, yeni tədris ilində fəaliyyətə başlayacaq Qarabağ Universitetinin klinikasında neçə müəllim üçün vakansiya ayrılıb? 

Klinikada təhsil alan tələbələrin bilik və bacarıqlarını təkmilləşdirmək üçün hansı praktiki şərait yaradılıb?

AzEdu.az Təhsil Portalı mövzu ilə bağlı Qarabağ Universitetinə sorğu ünvanlayıb. 

Universitetdən sorğumuza cavab olaraq bildilirb ki, Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsində ilk tədris ili üçün 40 nəfərlik tədris heyətinin formalaşdırılması planlaşdırılıb.

Fakültə heyəti tibb və tibb bacılığı-qardaşlığı ixtisasları üzrə birinci kursda təhsil alan tələbələrin tədris prosesində də aktiv iştirak edəcəklər:

"Tələbələrin praktik inkişafına təkan vermək üçün fakültəmizdə innovativ tələblərə cavab verən Simulyasiya Mərkəzi fəaliyyət göstərəcək. Burada tələbələr real olaraq pasiyentlərin müalicə edilməsi prosesini müşayiət edəcək və həmin situasiyaları müasir tibbi maketlər üzərində məşq edəcəklər. Məqsəd tələbələrin peşəkar olaraq klinik praktikaya keçməsini, pasiyent təhlükəsizliyi mədəniyyətini mənimsəməsini və qlobal səhiyyə sisteminə uyğun rəqabətədavamlı mütəxəssislər kimi yetişməsini təmin etməkdir.

Bundan əlavə, fakültəmizin Tədqiqat Laboratoriyası da tələbələrin istifadəsinə açıq olacaq. Elmi fəaliyyyətə marağı olan hər bir tələbə tədqiqat fəaliyyətinə cəlb olunacaq, nəzəri seminarlar, eksperimental təlimlər və elmi yazı bacarıqları üzrə mentorluq proqramlarında iştirak edəcəklər.

Qeyd edək ki, tələbələrimiz praktiki bacarıqları Qarabağ Universitetinin Klinikasında əldə edəcəklər".

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox