Azedu.az

Prinston Universiteti rekord maliyyə dəstəyi proqramı elan edir

Universitetlər

12 Avqust 2025, 15:26
Prinston Universiteti rekord maliyyə dəstəyi proqramı elan edir

ABŞ-nin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Prinston Universiteti tələbələr üçün yeni maliyyə dəstəyi proqramı elan edib. Proqram çərçivəsində illik ailə gəliri 150 min ABŞ dollarına qədər olan tələbələrin təhsil haqqı tamamilə universitet tərəfindən qarşılanacaq.

AzEdu.az-ın xarici mənbədən aldığı məlumata əsasən bu təşəbbüs üçün universitet 327 milyon dollarlıq maliyyə paketi ayırıb. Rəhbərlik bildirib ki, məqsəd istedadlı, lakin maddi imkanı məhdud olan gənclərə dünya səviyyəli təhsil imkanı yaratmaqdır.

Ekspertlər hesab edir ki, bu addım minlərlə tələbənin ABŞ-də təhsil alma arzusunu gerçəyə çevirəcək və digər universitetlər üçün də nümunə olacaq.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox