“Keçən il Harvard Universitetinə (Harvard University Harvard College)bir Azərbaycanlı tələbə qəbul olub və cəmi tələbəmizin sayı isə 5-dir. Həmin universitetə Türkiyədən 217 nəfər, Ermənistandan isə heç bir tələbə qəbul olmayıb”
Bu sözləri AzEdu.az-a açıqlaması zamanı xaricdə təhsil üzrə şirkət rəhbəri Miryusif Cavadzadə deyib. Onun sözlərinə görə, Harvard Universitetinə cəmi 5 tələbəmizin qəbul olmasının səbəbi məlumatsızlıq və akademik göstəricilərinin kifayət etməməsidir.
“ABŞ-ın və dünyanın ən məşhur universitetlərindən biri olan Harvard Universitetində 50% tələbə təqaüd alır. İllik gəliri 65000-dən az olan valideynlər isə övladları üçün ödəmə etmirlər”.
Miryusif Cavadzadə bildirib ki, Böyük Britaniyanın ən məşhur universitetlərindən biri olan Oxford Universitetində isə 9 Azərbaycanlı tələbə təhsil alır:
“Oxford Universitetində 27 Azərbaycanlı tələbə məzun olub. Hazırda isə orada 9 tələbəmiz var və heç bir akademik heyətimiz yoxdur. Bu ali təhsil müəssisəsində Türkiyədən 320 şəxs məzun olub. Hazırda 67 türkiyəli tələbəs və 23 akademik heyət burada çalışır.
Müəllimlər elə bilirlər ki, “Azərbaycanda doktorantura pilləsinə qəbul olundumsa, bununla da iş bitdi”. Bəlkə də Oxford Universitetində cəmi 1 akademik heyətimizin olması maddi səbəblərə görədir. Bəzi müəllimlər özlərini inkişafa meyl etdirmir. Amma müəllimlər də öz üzərlərində çalışmalı və araşdırmalıdırlar”.