Azedu.az

Hələ də 400-500 bal toplayıb kənarda qalan abituriyentlər var

Universitetlər

Şagirdlər

11 Avqust 2025, 10:14
Hələ də 400-500 bal toplayıb kənarda qalan abituriyentlər var

İxtisas seçimi başladıqda sosial şəbəkələrdə tez-tez şahidi oluruq ki, mövzuya səthi yanaşılır və “balınızı yuxarıdan aşağıya doğru sıralasanız, qəbul olacaqsınız” kimi məsləhətlər verilir. Təəssüf ki, nəticələr açıqlandıqdan sonra görürük ki, yüksək bal toplasa da tələbə adını qazana bilməyən abituriyentlər var. 400-500 bal aralığında nəticə göstərən kifayət qədər gənc qəbul ola bilmir.

AzEdu.az xəbər verir ki, bu fikirləri İTV-yə müsahibəsində təhsil eksperti Adil Vəliyev səsləndirib.

Abituriyentlər seçdikləri ixtisas barədə kifayət qədər məlumata sahib olmalıdır.

"Hansı universitetdə həmin ixtisasın daha keyfiyyətli tədris olunduğu, məzunların əmək bazarında iş tapma imkanları kimi məqamlar öncədən araşdırılmalıdır.

Tövsiyə olunur ki, seçimdən öncə abituriyentlər mütəxəssislərdən konsultasiya alsınlar. Yalnız əmi, dayı və ya qonşunun məsləhəti ilə verilən qərarlar, qəbul şansını azalda bilər. Qəbul olsalar belə, belə seçimlər çox vaxt 1-2 il sonra ixtisas dəyişməyə gətirib çıxarır.

Təəssüf ki, gənclərin əksəriyyəti ixtisas seçərkən əmək bazarının tələblərini nəzərə almır. Müşahidələr göstərir ki, yüksək bal toplayan bir abituriyent, dövrün reallıqlarını nəzərə almadan, keçmişdə populyar olan ixtisaslara üstünlük verə bilir. Bu isə gələcəkdə iş tapmaq imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilər".

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox