Azedu.az

BMU “Gələcəyin Mühəndisləri” Təqaüd Proqramında ilk üçlükdə yer alıb

Universitetlər

8 Avqust 2025, 12:04
BMU “Gələcəyin Mühəndisləri” Təqaüd Proqramında ilk üçlükdə yer alıb

Bakı Mühəndislik Universiteti (BMU) Azərbaycan Mühəndislər Birliyi tərəfindən keçirilən “Gələcəyin Mühəndisləri” Təqaüd Proqramı üzrə təşkil olunan imtahan nəticələrinə əsasən, öncül mövqedə qərarlaşıb.

AzEdu.az xəbər verir ki, proqramda 29 nəfərlik iştirakçı sayı ilə ikinci yeri tutan BMU 75,1 faiz orta nəticə göstərib. Qeyd edək ki, ilk  yerdə 98 nəfərlik iştirakçı sayı ilə (83.3 faiz orta nəticə) Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, üçüncü yerdə isə 72.2 faiz nəticə ilə Bakı Dövlət Universiteti (17 iştirakçı) qərarlaşıb. Proqramda, həmçinin ADA, ADİU, AZMİU, AZTU, BANM, GDU, MAA, SDU və Xəzər Universiteti daxil olmaqla, bir çox ali məktəbin tələbələri də iştirak ediblər.

Qiymətləndirmə zamanı həm universitetlərin ümumi imtahan ortalaması, həm də ümumi iştirakçı sayı nəzərə alınıb.

Yekun nəticələrə əsasən, BMU-nun ikinci yeri qazanaraq böyük nailiyyət əldə etməsi universitetdə tətbiq olunan müasir tədris metodlarının və tələbələrin praktiki bacarıqlarının yüksəkliyini bir daha təsdiqləyir. BMU tələbələrinin nümayiş etdirdiyi bilik və peşəkar hazırlıq, eyni zamanda universitetin tədris və tədqiqat yönümlü strategiyasının effektivliyinin göstəricisidir. BMU rəhbərliyi bu kimi proqramlarda tələbələrin iştirakını davamlı dəstəkləyir və onların beynəlxalq səviyyədə tanınan mühəndislər kimi formalaşması üçün müxtəlif imkanlar yaradır.

Qeyd edək ki, proqramın əsas məqsədi ölkənin texniki ixtisaslar üzrə təhsil alan tələbələri arasında peşəkar bilikləri inkişaf etdirmək, onları real sənaye mühitinə hazırlamaq və potensial kadrların aşkarlanmasına dəstək olmaqdır.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox