Azedu.az

ABŞ-də universitetlər milyardlarla dollar itirə bilər

Universitetlər

6 Avqust 2025, 11:29
ABŞ-də universitetlər milyardlarla dollar itirə bilər

ABŞ-də beynəlxalq tələbələr üçün nəzərdə tutulan vizaların verilməsində ciddi gecikmələr müşahidə olunur. Bu vəziyyət minlərlə tələbənin payız semestrinə vaxtında başlaya bilməməsi ilə nəticələnə bilər. Təhsil müəssisələri isə bu səbəbdən həm maliyyə baxımından zərər görür, həm də akademik proseslərə təsir edir.

AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, NAFSA təşkilatının hesabatına görə, 2025-ci ilin payız mövsümündə tələbə qəbulunda 15%-lik azalma gözlənilir. Bu da təxminən 150,000 beynəlxalq tələbənin təhsilini təxirə salması deməkdir. Gözlənilən maliyyə itkisi 7 milyard dollar, bu səbəbdən təhlükə altında olan iş yerlərinin sayı isə 60,000 olaraq proqnozlaşdırılıb.

Qurumlar ABŞ hökumətinə viza proseslərini sürətləndirməklə bağlı çağırışlar edir. Çünki bu gecikmələr ABŞ-nin dünya üzrə təhsil bazarındakı lider mövqeyini də təhlükəyə ata bilər.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox