Azedu.az

Azərbaycan Universitetinin nəşr etdiyi elmi jurnal ERIH PLUS bazasında indekslənir

Universitetlər

6 Avqust 2025, 10:51
Azərbaycan Universitetinin nəşr etdiyi elmi jurnal ERIH PLUS bazasında indekslənir

Azərbaycan Universitetinin nəşr etdiyi “Social Issues” elmi jurnalı ERIH PLUS bazasında indekslənmək üçün qəbul edilib. Bu barədə universitetin Elm şöbəsinə rəsmi məktub daxil olub. Artıq ERIH PLUS platformasında jurnalın profili də yaradılıb.

AzEdu.az xəbər verir ki,jurnalda çap olunmuş məqalələr də tam olaraq bazanın axtarış sistemində yerləşdiriləcək.

ERIH PLUS Avropa Humanitar və Sosial Elmlər cəmiyyətinin akademik jurnal indeksidir. Bazanın “Dimensions” sistemi bu bazaya qəbul edilmiş 10 mindən çox jurnalda çap olunmuş məqalə axtarışı aparmağa imkan verir. “Social Issues” elmi jurnalı Azərbaycan Universitetinin Elmi Şurasının qərarına əsasən 2023-cü ildən nəşr olunur. Jurnalın baş redaktoru sosial elmlər sahəsində tanınmış alim, Rumıniyanın Alexandru Ioan Cuza Universitetinin professoru Ştefan Cojocarudur.

Jurnalda əsasən icma tədqiqatları, münaqişə, sosial fəaliyyət, əlillik, asılılıq problemləri, ailə, səhiyyə siyasəti, işsizlik, hüquq və cəmiyyət, yoxsulluq və bərabərsizlik, irqi və etnik azlıqlar, sosial problemlər nəzəriyyəsi, psixi sağlamlıq, sosial iş və sosial iş təhsili məsələlərinə həsr olunmuş məqalələr çap olunur.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox