Azedu.az

Yeni tədris ilində BDU-da bu ixtisaslara qəbul aparılacaq - SİYAHI+FOTO

Universitetlər

Şagirdlər

5 Avqust 2025, 08:55
Yeni tədris ilində BDU-da bu ixtisaslara qəbul aparılacaq - SİYAHI+FOTO

Bakı Dövlət Universiteti (BDU) 2025/2026-cı tədris ili üçün bakalavriat səviyyəsində həm humanitar-sosial, həm də təbiət-texniki istiqamətlər üzrə geniş ixtisas seçimi ilə tələbə qəbulu elan edib.

AzEdu.az xəbər verir ki, universitetin təqdim etdiyi ixtisaslar abituriyentlərə müxtəlif elmi sahələrdə peşəkar biliklər qazanmaq imkanı yaradır.

Humanitar-sosial fakültələr üzrə abituriyentlərə hüquqşünaslıq, jurnalistika, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, bir neçə xarici dil üzrə filologiya (rus, ingilis, fransız, alman, ərəb, fars, çin, yapon, ispan və s.), beynəlxalq münasibətlər, politologiya, iqtisadiyyat, maliyyə, menecment, statistika, tarix və regionşünaslıq (müxtəlif bölgələr üzrə) kimi sahələr təklif olunur.

Eyni zamanda, sosial iş, sosiologiya, psixologiya, fəlsəfə, xüsusi pedaqogika və təhsildə sosial-psixoloji xidmət ixtisasları da siyahıda yer alır.

Təbiət-texniki fakültələr üzrə isə universitet coğrafiya, geologiya, ekoloqiya, torpaqşünaslıq, aqrokimya, mexanika, riyaziyyat, fizika, kimya, biologiya, biotexnologiya, su bioehtiyatları və akvakultura, qida mühəndisliyi, mühəndis fizikası, kompüter elmləri, informasiya təhlükəsizliyi və rəqəmsal bacarıqlar üzrə informatika müəllimliyi kimi ixtisaslarla tədris aparacaq.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox