Tibb ixtisaslarına qəbulda bu il bal artımı müşahidə oluna bilər. Xüsusilə də Azərbaycan Tibb Universitetinin ixtisaslarında keçid ballarının yüksələcəyi proqnozlaşdırılır.
Bu barədə AzEdu.az-a təhsil məsələləri üzrə ekspert Elçin Əfəndiyev (Əfəndi) məlumat verib.
IV ixtisas qrupu üzrə bu il yüksək bal toplayan abituriyentlərin sayı əvvəlki illərlə müqayisədə xeyli çoxdur:
“Təkcə sadə bir statistika ilə bu vəziyyəti izah etmək olar. Məsələn, bu il 550–560 bal toplayan abituriyentlər Naxçıvan Dövlət Universitetinin Tibb ixtisasına qəbul ola bilərlər. Amma 610–620 bal toplayanların Azərbaycan Tibb Universitetinin Tibb ixtisasına qəbul olub-olmayacağı artıq sual altındadır".
Qarabağ Universitetində də Tibb ixtisasına maraq böyükdür və burada formalaşacaq keçid balının 590 baldan yuxarı olacağı gözlənilir.