Azedu.az

Hanoy Universitetində Azərbaycanşünaslıq və Türkologiya Mərkəzi yaradılacaq

Universitetlər

29 İyul 2025, 14:16
Hanoy Universitetində Azərbaycanşünaslıq və Türkologiya Mərkəzi yaradılacaq

Vyetnamın Hanoy Universitetində Azərbaycanşünaslıq və Türkologiya Mərkəzi yaradılacaq.

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Hanoy Universitetinin professoru Nguyen Van Çien AMEA prezidenti, akademik İsa Həbibbəyli ilə görüşündə məlumat verib.

O, elmi mərkəzin yaradılması ilə bağlı layihə üzrə işlənildiyini, qurumun Azərbaycanla Vyetnam arasında elmi-ədəbi əməkdaşlığa böyük töhfə verəcəyinə diqqət çəkib.

Görüşdə həmçinin AMEA ilə Hanoy Universiteti arasında əməkdaşlıq memorandumunun imzalanması, qarşılıqlı kitab tərcüməsi və nəşri, digər elmi layihələrə dair fikir mübadiləsi aparılıb, müvafiq razılıq əldə olunub.

Ruslar azərbaycanlı iş adamının obyektini dağıtdılar
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox